Fici adaları yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib

Fici adaları yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib
# 07 avqust 2015 22:30 (UTC +04:00)

Bakı-APA. Sakit okeanın cənub bölgəsində Fici adaları yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Viti-Levu adasındakı Lautoka şəhərindən 90 km şimal-qərbdə, ocağı isə 27 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR