Rusiyada Mi-28H döyüş vertolyotu qəzaya uğrayıb, bir pilot ölüb, digəri yaralanıb

Rusiyada Mi-28H döyüş vertolyotu qəzaya uğrayıb, bir pilot ölüb, digəri yaralanıb
# 02 avqust 2015 12:13 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, “Berkut” qrupuna məxsus Mi-28H döyüş vertolyotu Ryazan şəhəri yaxınlığında nümunəvi göstəriş zamanı yerə çırpılıb.

Pilotlar katapult edə bilsələr də, onlardan biri ölüb. Digər pilotun vəziyyəti kafidir.

Vertolyotun tamam dağıldığı bildirilir.

Vertolyotun düşdüyü yerdə başlayan yanğın az sonra söndürülüb.

Rusiya Müdafiə Nazirliyi qəza nəticəsində bir pilotun həlak olduğunu təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR