Bakıda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində mağaza yanıb

Bakıda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində mağaza yanıb
# 11 mart 2018 05:33 (UTC +04:00)

Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m2 olan mağazanın ümumi sahəsi 10 m2 olan köməkçi otağının yanar konstruksiyaları yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı tüstülənmiş mənzillərdən 25 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb. Mağazanın qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR