Məmmədyarov: “Qondarma rejimin nümayəndələrinin səfərlərinə lazımi reaksiya veririk”

Məmmədyarov: “Qondarma rejimin nümayəndələrinin səfərlərinə lazımi reaksiya veririk”
# 06 aprel 2018 15:53 (UTC +04:00)

“Qondarma rejimin nümayəndələri harasa səfər edirsə, biz mütləq nota veririk. İlk növbədə hökumət və ya hansısa rəsmilərlə görüş olarsa, buna etirazımızı bildiririk”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının aralıq nazirlər konfransının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir separatçı rejimin nümayəndəsinin Moskvaya son səfərini də araşdıracaqlarını söyləyib: “Lazım olsa, açıqlama verəcəyik. Fransada parlament nümayəndəsi və merlə görüşmüşdülər. Fransa hökumətindən verdiyimiz notaya cavab gözləyirik. ABŞ Dövlət Departamentinin rəsmisi isə bəyan etmişdi ki, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırlar”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR