NATO-nun kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında uçuş həyata keçirib

NATO-nun kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında uçuş həyata keçirib
# 12 yanvar 2017 22:54 (UTC +04:00)

NATO-nun Е-3А AWACS kəşfiyyat təyyarəsi Rusiyanın Kalininqrad vilayəti yaxınlığında uçuş həyata keçirib.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Almaniyanın Qaylenkirhen bazasından havaya qalxan LX-N90447 bort nömrəli təyyarə Kalininqrad vilayətinə cənubdan yaxınlaşıb.

Məlumata görə, təyyarə Polşanın hava məkanında 9500 metr hündürlükdən Rusiya ərazisini izləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR