Lerikdə yıxılaraq xəsarət alan uşağın bağça müəllimi şantaj edilib

Lerikdə yıxılaraq xəsarət alan uşağın bağça müəllimi şantaj edilib
# 15 noyabr 2016 08:43 (UTC +04:00)

Lerikdə yıxılaraq xəsarət alan uşağın müəlliminin şantaj edildiyi müəyyənləşib.

Lerik Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, şəhər sakini Sənay Nəhmətova polisə müraciət edərək şəhər ərazisində işlədiyi uşaq bağçasında tərbiyə alan 4 yaşlı Xədicə Əzizovanın qulağından aldığı xəsarətlə bağlı uşağın atası Kamal tərəfindən əsassız günahlandırılmasını və bununla əlaqədar sosial şəbəkəyə videogörüntü yerləşdirməsini bildirib.

Polisin həyata keçirdiyi araşdırma zamanı Xədicənin 2015-ci ilin sentyabr ayında yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alması, qonşuları Eldəniz Quliyevin isə Kamalın ruhi xəstə olmasından istifadə edərək ona pul verəcəyini bildirməklə Sənay Nəhmətovaya şər atması ilə bağlı sözügedən videogörüntünü çəkib sosial şəbəkəyə yerləşdirməsi müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR