Həştərxanda Azərbaycan İşgüzar Mərkəzi yaradılacaq

Həştərxanda Azərbaycan İşgüzar Mərkəzi yaradılacaq
# 22 avqust 2017 11:05 (UTC +04:00)

Rusiyanın Həştərxan vilayətinin mərkəzində Azərbaycan İşgüzar Mərkəzi yaradılacaq.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə bu gün Həştərxan Administrasiyasının başçısı Oleq Polumordvinov azərbaycanlı iş adamları ilə görüşündə bildirib.

Məlumata görə, bu mərkəzin vasitəsi ilə Azərbaycan məhsulları Rusiya bazarına çıxarılacaq.

“Bu layihə Azərbaycan və Rusiya arasında iqtisadi-ticari əlaqələrin möhkəmlənməsi istiqamətində atılmış növbəti addım olacaq. Mərkəz artıq payız aylarında istifadə veriləcək”, - deyə Həştərxan vilayətinin başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR