Apellyasiya Komissiyası 107 şagirdin 153 tapşırıq üzrə qiymətində dəyişiklik edib

Apellyasiya Komissiyası 107 şagirdin 153 tapşırıq üzrə qiymətində dəyişiklik edib
# 25 may 2018 15:36 (UTC +04:00)

Ümumi orta təhsil səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına 208 şagird və ya abituriyent (bütün imtahan verənlərin 0,18%-i) 1109 tapşırıq (bütün tapşırıqların 0,05%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, 107 şagirdin (bütün imtahan verənlərin 0,09%-i) cəmi 153 tapşırıq (bütün tapşırıqların 0,007%-i) üzrə qiymətində dəyişiklik edilib.

Qeyd olunub ki, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR