Bank Of Baku

Türkiyədə sel qurbanlarının sayı 70 nəfərə çatıb

Türkiyədə sel qurbanlarının sayı 70 nəfərə çatıb
# 16 avqust 2021 10:03 (UTC +04:00)

Türkiyədə sel fəlakətindən ölənlərin sayı 70 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

“Sel 70 vətəndaşımızın ölümünə səbəb oldu (Kastamonuda 60, Sinopda 9, Bartında 1 nəfər)”, - deyə qurumdan verilən açıqlamada qeyd olunub.

Bundan əvvəl 64 nəfərin təbii fəlakət qurbanı olduğu bildirilmişdi.

AFAD sel fəalkətində xəsarət alan 8 nəfərin isə xəstəxana şəraitində müalicəsinin davam etdirildiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR