Mübariz Qurbanlı Suriyada tapılan azərbaycanlı uşaqlarla bağlı məsələyə münasibət bildirib

Mübariz Qurbanlı Suriyada tapılan azərbaycanlı uşaqlarla bağlı məsələyə münasibət bildirib
# 22 sentyabr 2017 09:37 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İŞİD-dən xilas edilən ərazilərdə tapılan uşaqlarla bağlı məsələyə münasibət bildirib.

APA-nın xəbərinə görə, M. Qurbanlı bildirib ki, bu məsələ ilə bağlı rəhbəri olduğu qurumda məlumatlar var. Komitə sədri qeyd edib ki, başqa qurumlar tərəfindən bu məsələnin həlli ilə istiqamətində tədbirlər görülür: "Əminəm ki, bu tədbirlər nəticə verəcək".

Qeyd edək ki, azərbaycanlı uşaqlar - 2 yaşlı Xədicə və 3 yaşlı Abdullanın Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə tapılıb. Onlar ata-analarının öldüyünü bildiriblər. Rus mətbuatında uşaqları İŞİD-in nəzarətindəki ərazilərə valideynlərinin aparıldığı yazılıb. Həmin ərazilər terrorçulardan təmizləndikdən sonra isə sahibsiz qalmış uşaqlar təhlükəsizlik qüvvələri tərəfindən İraqa aparılıb. Uşaqların özləri haqda tam məlumat verə bilməsə də, təqdim olunan videomaterialda Abdulla valideynlərinin öldüyünü deyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR