Azərbaycanın Afrika İttifaqı yanında daimi nümayəndəsi Afrika İttifaqı Komissiyasının baş katibi ilə görüşüb

Azərbaycanın Afrika İttifaqı yanında daimi nümayəndəsi Afrika İttifaqı Komissiyasının baş katibi ilə görüşüb
# 25 iyun 2015 14:02 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev Afrika İttifaqı Komissiyasının baş katibi Jean Mfasoni ilə görüş keçirib. Azərbaycanın Efiopiyadakı səfirliyindən XİN-dən APA-ya verilən xəbərə görə, E. Abdullayev Azərbaycanın regionda lider ölkə olması, uğurları, Bakının dəstəyi ilə həyata keçirilən regional layihələr və regionun inkişafına ölkənin verdiyi töhfə, Azərbaycanın xarici siyasəti və enerji strategiyası haqqında geniş danışıb. O, Azərbaycanın bir çox yüksək səviyyəli beynəlxalq miqyaslı tədbirlərə ev sahiblik etdiyini və Azərbaycanın beynəlxalq turizm mərkəzinə çevrildiyini bildirib.


J. Mfasoni öz növbəsində Azərbaycanın Əddis-Əbəbədə səfirliyinin açılması münasibətilə səfiri təbrik edib. Baş katib Azərbaycanın çox maraqlı ölkə olduğunu deyib və Azərbaycanın uğurları haqqında məlumatlı olduğunu söyləyib.

Görüş zamanı Azərbaycan ilə Aİ arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu və tərəflər arasında münasibətlərin yeni müstəviyə qaldırılması, səfərlər mübadiləsinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

E. Abdullayev baş katibə Bakı 2015 İlk Avropa Oyunları barədə ətraflı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR