Bakıda bir qrup gənc arasında dava olub, xəsarət alanlar var - FOTO - VİDEO

Bakıda bir qrup gənc arasında  dava olub, xəsarət alanlar var - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 12 sentyabr 2015 03:40 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Ağa Neymətulla və Arif Heydərov küçələrinin kəsişməsində qeydə alınıb.

Biləsuvar rayon sakinləri 25 yaşlı Sabir Heydərovla əmisi oğlu 19 yaşlı Abdulla Süleymanovun tanışları ilə mübahisəsi düşüb. Mübahisə zamanı naməlum şəxs və ya şəxslər iki əmi oğlunu bıçaqlayıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, Sabir Heydərov sağrı nahiyəsi, Abdulla Süleymanov isə qarnından bıçaqlanıb. Faktla ba]l; Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR