Korrupsiyada ittiham olunan FİFA-nın sabiq vitse-prezidenti ABŞ məhkəməsində günahsız olduğunu bildirib

Korrupsiyada ittiham olunan FİFA-nın sabiq vitse-prezidenti  ABŞ məhkəməsində günahsız olduğunu bildirib
# 19 iyul 2015 01:23 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Ceffri Ueb İsveçrədən ABŞ-a iyulun 15-də gəlib. Ötən gün Bruklində federal hakimin qarşısına çıxarılıb. Hakim Uebə 10 mln dollar məbləğində girov təyin edib. Qeyd olunan məbləğin ödənildiyi bildirilir.

Böyük Britaniya və Kayman adalarının pasportlarına malik olan Ceffri Ueb sənədlərini Federal Təhqiqatlar Bürosuna təhvil verib. Ona Bruklindəki məhkəmə binasından ən çox 32 km məsafəyə uzaqlaşmağa icazə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR