Azərbaycanda dizel yanacağının istehsalı 19% azalıb

Azərbaycanda dizel yanacağının istehsalı 19% azalıb
# 17 oktyabr 2016 16:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Cari ilin yanvar-sentyabr ayları ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 957,1 milyon manat olmaqla əvvəlki ilin analoji dövrü ilə müqayisədə 9,3% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, neft məhsullarından sürtgü yağlarının istehsalı 57,7%, dizel yanacağının istehsalı 19,1%, neft koksunun istehsalı 5,9%, avtomobil benzininin istehsalı 8,3%, ağ neftin istehsalı 7,5% azalıb, yanacaq mazutunun və neft bitumunun istehsalı isə artıb.

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 387 milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 15,3%, rezin və plastik kütlə məmulatlarının istehsalında 13,3% azalıb, əczaçılıq məhsullarının istehsalında isə 13,2% artıb.

Əsas kimya məhsullarından arqonun istehsalı 13,2%, yodun istehsalı 17,2%, metanolun istehsalı 23,1%, polietilenin istehsalı 6,8% azalıb. Bununla yanaşı, yuyucu maddələrin istehsalı 2,8 dəfə, lak-boya məmulatlarının istehsalı 33%, barium sulfatın istehsalı 3,9% artıb. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların istehsalı 38,3%, plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı 26,8% azalıb, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 5,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR