Zoologiya İnstitutunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Zoologiya İnstitutunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
# 23 noyabr 2016 09:45 (UTC +04:00)

Bu gün AMEA-nın Zoologiya İnstitutunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən AMEA p­rezidenti Akif Əliza­də deyib ki, Zoologiya İnstitutu Azərbaycanda ilk elmi-tədqiqat institutlarından biridir.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanov 80 ildə əldə edilən nailiyyətlərdən danışıb: “Məlumatlara görə, dünyadakı 20 milyon canlı növündən 900 mini məhv olub. Bu proses Azərbaycanda da gedir. Zoologiya İnstitutu bu istiqamətdə işlərini artırmalıdır”.

İnstitutun direktoru Elman Yusifov Zoologiya İnstitutunun 80 ildə canlılar üzərində apardığı araşdırmalar haqqında məlumat verib. Onun sözlərinə görə, bu müddətdə ölkədə 2000 növdən artıq sərbəst yaşayan və parazit ibtidai, insanlarda və heyvanlarda parazitlik edən 1500 növdən çox helmint, 360 növdən çox xərçəngkimilər, təqribən 25 min növ həşərat, 1200 növdən artıq hörümçəkkimilər, 101 növ balıq, 11 növ suda - quruda yaşayan, 54 növ sürünən, 370 növ quş, 113 növ məməli heyvanın olması müəyyənləşdirilib. E. Yusifov bildirib ki, hazırda Zooloji muzeydə respublika və dünya faunasına məxsus zəngin kolleksiya saxlanılır: "İnstitutun gələcək planlarında heyvanlar aləminin bioloji müxtəlifliyinin araşdırılması, zəif tədqiq edilmiş heyvan qruplarının öyrənilməsi, təsərrüfat əhəmiyyətli nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin biologiya və iqtisadi cəhətdən faydalı heyvanların çoxalma texnologiyasının hazırlanması, heyvanların yayılma, say, ekoloji və davranış xüsusiyyətlərinin tədqiqi əsas yer tutur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR