Xızıda partlayış baş vermiş hərbi hissənin ətrafında 100 ədəd partlamamış hərbi sursat aşkarlanıb - FOTO

Xızıda partlayış baş vermiş hərbi hissənin ətrafında 100 ədəd partlamamış hərbi sursat aşkarlanıb - <span style="color: red;">FOTO
# 29 oktyabr 2017 16:53 (UTC +04:00)

Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, oktyabrın 29-da partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 110 ədəd partlamamış hərbi sursat (PHS), 45 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 000 kq yandırma məhsulu aşkar edilərək götürülüb.

Nəticə etibarilə 754 350 kv.m (75.44 ha) ərazi yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR