Donbasda Ukrayna hərbçiləri ilə separatçılar arasında döyüş baş verib, ölən və yaralananlar var

Donbasda Ukrayna hərbçiləri ilə separatçılar arasında döyüş baş verib, ölən və yaralananlar var
# 18 dekabr 2016 20:30 (UTC +04:00)

Donbasda Svetlodarsk şəhəri yaxınlığında Ukrayna hərbçiləri ilə separatçılar arasında şiddətli döyüş baş verib.

APA-nın məlumatına görə, bu barədə Ukrayna Antiterror Əməliyyatı Qərargahının məlumatında bildirilir.

Məlumata əsəsən, dekabrın 18-də baş verən toqquşmalarda 5 Ukrayna hərbçisi həlak olub, 6-sı yaralanıb.

“Svetlodarsk istiqamətində Ukrayna ordusu ilə separatçılar arasında gedən döyüşlərdə 20 terrorçu ölüb, 30-u isə yaralanıb”, məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR