Gəncədə avtomobillə motosiklet toqquşub, xəsarət alan var

Gəncədə avtomobillə motosiklet toqquşub, xəsarət alan var
# 31 iyul 2017 21:53 (UTC +04:00)

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

“VAZ 2106” ilə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü, 1978-ci il təvəllüdlü Məlikov Vahid bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR