DGK xətti ilə büdcə daxilolmaları bir ildə 46% artıb

DGK xətti ilə büdcə daxilolmaları bir ildə 46% artıb
# 16 noyabr 2016 08:13 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 837 mln. 44,01 min manat daxil olub.


"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 578 mln. 524,31 min manat və ya 45,97% artıb.

Yanvar-oktyabr ayları ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 493 mln. 306,97 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 208 mln. 351,92 min manat, aksizlər üzrə 81 mln. 521,06 min manat, yol vergisi üzrə isə 53 mln. 864,06 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR