Türkiyə vətəndaşı ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib

Türkiyə vətəndaşı ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib
# 03 dekabr 2016 08:29 (UTC +04:00)

Türkiyə vətəndaşı Azərbaycanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 1-də saat 21 radələrində Sədərək rayonu ərazisində Türkiyə vətəndaşı Engin Kenan idarə etdiyi "Renault" markalı avtomobili yolun kənarında dayanmış rayon sakini Asəf Əliyevə məxsus "QAZ-3110" markalı avtomobilə vurub, sonuncu avtomobil zərbədən yaxınlıqda dayanmış A.Əliyevə, həmyerliləri Murad Qasımova və Rauf Qaybalıyevə dəyib.

Nəticədə A.Əliyev, M.Qasımov, R.Qaybalıyev və E.Kenanın 1 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan A.Əliyev dekabrın 2-də orada ölüb.


Naxçıvan MR DİN DYPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR