Moskvada ticarət mərkəzində baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB

Moskvada ticarət mərkəzində baş verən yanğın lokallaşdırılıb - <span style="color: red;">YENİLƏNİB
# 09 oktyabr 2017 00:03 (UTC +04:00)

Moskva yaxınlığında ticarət mərkəzində baş verən yanğın lokallaşdırılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində xəsarət alanların sayı 3 nəfərə çatıb.

Moskva dairəvi avtomobil yolunun 65-ci kilometrliyində yerləşən "Sindika" ticarət mərkəzində yanğının söndürülməsinə 350 canlı qüvvə, 180-dən çox texnika cəlb edilib.

Yanğın nəticəsində ticarət mərkəzinə külli miqdarda ziyan dəydiyi bildirilir. Hazırda hüquq-mühafizə orqanları yanğının səbəbləri ilə bağlı qəsdən od vurma daxil olmaqla, bir neçə versiyanı nəzərdən keçirirlər.

***

21:46

Moskva yaxınlığında ticarət mərkəzində baş verən yanğın nəticəsində 2 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan biri xəstəxanaya çatdırılıb, digərinə hadisə yerinə cəlb olunan təcili tibbi yardım tərəfindən ambulator yardım göstərilib.

Moskva dairəvi avtomobil yolunun 65-ci kilometrliyində yerləşən "Sindika" ticarət mərkəzində yanğın 55 min kvadrat metr ərazini əhatə edib. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Ümumi sahəsi 150 min kvadrat metr təşkil edən “Sindika” ticarət mərkəzi yenidənqurma işlərindən sonra 2014-cü ildə istifadəyə verilib. Mərkəzdə inşaat və tikinti malları satılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR