Azərbaycanda doqquzuncu mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti dövlət qeydiyyatına alınıb

Azərbaycanda doqquzuncu mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti dövlət qeydiyyatına alınıb
# 14 iyul 2015 10:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Mənzil Məcəlləsinin və mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərə dair maarifləndirmə işlərinin aparılması, çoxmənzilli binaların yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil olunur, bu sahədə mövcud qanunvericilik, bazar iqtisadiyyatı şəraitində yaşayış sahələrinin idarə edilməsi, saxlanması prinsipləri və üsulları barədə məlumat verilir, sahə mülkiyyətçiləri ilə görüşlər keçirilir, onlara ümumi yığıncaqların keçirilməsində və digər təşkilati məsələlərin həllində müvafiq tövsiyələr verilir, sahəyə dair qanunvericilik aktlarını, məlumatları və digər sənədləri özündə əks etdirən kitabçalar və broşurlar paylanılır.

Aparılan işlərin nəticəsidir ki, artıq Bakı şəhərinin Binəqədi, Yasamal, Nəsimi və Səbail rayonlarında yerləşən müxtəlif ünvanlarda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) yaradılaraq dövlət qeydiyyatından keçib.

Bununla yanaşı, Bakı şəhərinin Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Q. Məmmədov küçəsi, 3C ünvanında yerləşən 16 mərtəbəli, 128 mənzilli binada rayon üzrə ilk MMMC yaradılıb, "Xətai-1" MMMC adı ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Bununla da, respublikada dövlət qeydiyyatına alınan MMMC-lərin sayı 9-a çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR