Malidə hotelə hücum edən silahlılar azı 10 nəfəri girov götürüblər - YENİLƏNİB

Malidə hotelə hücum edən silahlılar azı 10 nəfəri girov götürüblər - <span style="color: red;">YENİLƏNİB
# 07 avqust 2015 21:11 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Mali ordusunun rəsmi nümayəndəsi Suleyman Maiqa bəyan edib.

Onun sözlərinə görə, girovlar hotelin içindəki nömrələrin birində saxlanılır. Dəqiqləşdirilmiş məlumata əsasən, atışma nəticəsində 5 hərbçi həlak olub, 3 silahlı məhv edilib.

***

20:41

Bakı-APA. Malinin Sevar şəhərində naməlum silahlıların hotelə hücumu nəticəsində 4-ü hərbçi olmaqla 7 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 2 silahlının məhv edildiyi bildirilir.

Hazırda hotel yerləşən ərazi hərbçilər tərəfindən əhatəyə alınıb. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR