Azərbaycanda kommersiya banklarının xarici borclanması azalıb

Azərbaycanda kommersiya banklarının xarici borclanması azalıb
# 07 mart 2018 12:46 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 5 mlrd. 804,5 mln. manat və ya 3,56 dəfə azalaraq 2018-ci ilin fevral ayının 1-nə 2 267,2 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında bankların xarici borclanması 41,1 mln. manat və ya 1,78% azalıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2018-ci ilin fevralın 1-nə 6 639 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 626 mln. manat və ya 65,44% azdır. Məcmu xarici aktivlərin həcmində ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında 765 mln. manat və ya 13,02%-lik artım baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR