Bakıda mənzildən 55 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən 55 min manatlıq qızıl oğurlanıb
# 21 fevral 2017 08:57 (UTC +04:00)

Bakıda mənzildən 55 min manatlıq qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 15-də Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərdən birindən 55000 manat dəyərində qızıl əşyaların və 1 ədəd planşetin Yevlax rayon sakini Şahin Bəkirov tərəfindən oğurlanması müəyyən edilib.

Oğurlanan qızıl əşyalar Ş.Bəkirovun qohumu tərəfindən Xəzər Rayon Polis İdarəsinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR