İŞİD silahlılarının İsrailin futbol üzrə milli komandasına hücumunun qarşısını alıb

İŞİD silahlılarının İsrailin futbol üzrə milli komandasına hücumunun qarşısını alıb
# 18 noyabr 2016 01:34 (UTC +04:00)

Kosovo polisi İŞİD silahlılarının planlaşdırdığı silsilə terror aktlarının qarşısının alındığını bildirib.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, Kosovoda son 10 gün ərzində 19 terrorçu tutulub. Onlar Kosovo və Albaniyada terror aktları həyata keçirməyə hazırlaşırmış. Hücumlardan biri DÇ-2018 seçmə mərhələsində Albaniyaya gəlmiş İsrailin futbol üzrə milli komandasına qarşı planlaşdırılırmış.

Qeyd edək ki, ötən həftə Albaniya-İsrail matçının keçiriləcəyi məkan təhlükəsizlik baxımından dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR