Azərbaycan prezidenti Pakistan baş nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan prezidenti Pakistan baş nazirini qəbul edib  - <span style="color: red;">YENİLƏNİB
# 14 oktyabr 2016 13:13 (UTC +04:00)

Bakı – APA. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Pakistan baş naziri Məhəmməd Nəvaz Şəriflə məhdud tərkibdə görüşü olub.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti bu görüşün əlaqələrin gücləndirilməsi baxımından uğurlu olacağına ümidvar olduğunu bildirib.

“Bu gün bizim üçün vacib gündür. Bizim əlaqələrimiz yüksək səviyyədədir və əminəm ki, bu görüş əlaqələrimizi daha da gücləndirmək baxımından uğurlu olacaq. Biz bir çox sahələrdə əməkdaşlıq edirik. Bu gün həyata keçirilmiş işlərə bir daha nəzər salmaq və gələcəklə bağlı planlar qurmaq üçün yaxşı fürsətdir. Sizi qəbul etməkdən çox məmnunam. Ümidvaram ki, ölkəmizə səfəriniz səmərəli keçəcək”, - deyə o vurğulayıb.

Pakistanın baş naziri isə bunları deyib: “Burada olmaq bizim üçün şərəfdir. Çox gözəl Bakı şəhərinə səmimi dəvətinizə və qonaqpərvərliyinizə görə Sizə minnətdaram. Şəhərinizə heyran qalmışam. Hər yerdə Sizin şəhərin gözəlliyindən çox danışılır. Mən bir dəfə 1998-ci ildə yolüstü Bakıda olmuşam. Bu, mənim ondan sonra bu şəhərə ilk səfərimdir. Gözəl Bakı şəhərində olmaqdan məmnunam. Bakı dünyanın ən gözəl şəhərlərindən və mənim gördüyüm ən təmiz şəhərlərdən biridir. Mən bir daha burada olmağıma şadam”.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*** 10.33

Bakı - APA. Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şərifin oktyabrın 14-də rəsmi qarşılanma mərasimi olub.

APA-nın xəbərinə görə, baş naziri Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri M. N. Şərifə, Pakistan nümayəndə heyətinin üzvləri prezident İ. Əliyevə təqdim olunub.

Azərbaycan prezidenti və Pakistanın baş naziri rəsmi foto çəkdiriblər.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif ilə məhdud tərkibdə görüşü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR