Şəmkirdə 21 yaşlı oğlan bıçaqlanıb

Şəmkirdə 21 yaşlı oğlan bıçaqlanıb
# 20 noyabr 2016 22:35 (UTC +04:00)

Şəmkirdə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Keçili kənd sakini, 1995-ci il təvəllüdlü Ayxan Orucov kürək nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Şəmkir rayon Polis Şöbəsindən verilən məlumata görə, cinayətkarın şəxsiyyəti müəyyənləşdirilib, onun yaxalanması istiqamətində zəruri tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR