Ağdamda mağazadan 2 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb - FOTOSESSİYA

Ağdamda mağazadan 2 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb - <span style="color: red;">FOTOSESSİYA
# 16 oktyabr 2016 13:37 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanl-APA. Ağdamda mağazadan 2 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Xındırıstan kəndində fəaliyyət göstərən gündəlik tələbat malları mağazasının qıfılını sındıraraq 2 min manatlıq mobil telefon danışıq kartları oğurlayan şəxslər Bakı şəhərində saxlanılaraq Ağdama gətiriliblər.

Saxlanılan şəxslər 1988-ci il təvəllüdlü Nəsibov Namiq Əkbər oğlu və 1994-cü il təvəllüdlü Quliyev Elmir Haqverdi oğlu olub.

Faktla bağlı araşdırma davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR