Şəmkir sakini güllələnib

Şəmkir sakini güllələnib
# 17 yanvar 2018 11:05 (UTC +04:00)

Şəmkirdə silahlı insident olub.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə günorta saatlarında Şəmkir şəhərində bazarın yaxınlığında baş verib.

Küçədə bir nəfərin odlu silahdan açdığı atəş nəticəsində Şəmkir sakini, 1992-ci il təvəllüdlü Mircəlal Mehdiyev xəsarət alıb.

Güllə yarası alan M. Mehdiyev Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR