Gəncədə mikroavtobus aşıb, ölən və xəsarət alanlar var

Gəncədə mikroavtobus aşıb, ölən və xəsarət alanlar var
# 01 fevral 2017 12:08 (UTC +04:00)

Gəncədə mikroavtobus aşıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncənin şərq çıxışında qeydə alınıb. Gəncədən Bakı istiqamətində hərəkətdə olan “Mecedes Vito” markalı mikroavtobus aşıb.

Hadisə zamanı avtomobildə olan şəxslərdən biri, 1985-ci il təvəllüdlü Elşad Tağıyev ölüb, üç nəfər böyük, iki nəfər azyaşlı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Qəzaya yolun buz bağlamasının səbəbə olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR