Şabran sakini cərəyan vurması nəticəsində yanıb

Şabran sakini cərəyan vurması nəticəsində yanıb
# 12 noyabr 2016 09:09 (UTC +04:00)

Şabran rayonunda bədbəxt hadisə baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran rayon sakini 1960-cı il təvəllüdlü Bəyəhməd Hacıyevi elektrik cərəyanı vurub. Hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb. Ağır yanıq xəsarətləri alan B.Hacıyev Şabran Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün onun paytaxda yerləşən tibb müəssisələrindən birinə aparılması qərara alınıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR