Qadınların cəzaçəkmə müəssisəsindən 8 məhkum azadlığa buraxılıb

Qadınların cəzaçəkmə müəssisəsindən 8 məhkum azadlığa buraxılıb
# 25 may 2018 08:09 (UTC +04:00)

Cəzaçəkmə müəssisələrində əfv sərəncamı icra olunur.

APA-nın xəbərinə görə, Penitensiar Xidmətin qadın məhkumların saxlanıldığı 4 saylı Cəzaçəkmə Müəssisindən 8 nəfər azadlığa buraxılıb.

Mərasimdə Ombudsman Elmira Süleymanova, Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev və digər şəxslər iştirak ediblər. E.Süleymanova bildirib ki, bu, ölkə başçısının imzaladığı 64-cü əfv sərəncamıdır. O, azadlığa qovuşan qadın məhkumları və onların yaxınlarını təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR