Viktor Yanukoviç Kiyevdə keçiriləcək istintaqa getməyəcəyini bəyan edib

Viktor Yanukoviç Kiyevdə keçiriləcək istintaqa getməyəcəyini bəyan edib
# 07 avqust 2015 10:15 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu V. Yanukoviçin vəkili Vitali Serdyuk “Qromadske TV”yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, V. Yanukoviç təhlükəsizlik məsələlərini əsas gətirərək prokurorluqda ifadə verməkdən imtina edib. Bununla belə V. Serdyuk sabiq dövlət başçısının video bağlantı vasitəsi ilə ifadə verməyə hazır olduğunu bildirib.


“Baş prokurorluğa onun yeri haqqında məlumat verməyə də hazırıq”,- deyə vəkil əlavə edib.

Qeyd edək ki, bir müddət öncə Ukrayna Baş Prokurorluğunun sabiq prezidentin istintaqa cəlb etmək niyyətində olduğu açıqlanıb. Yanukoviçə qarşı hakimiyyətdən sui-istifadə maddəsi ilə cinayət işi bu ilin aprelin 8-də açılıb. O həmçinin dövlət əmlakının talanmasında ittiham olunur.

Xatırladaq ki, Yanukoviç Maydan hadisələrindən sonra hakimiyyətdən uzaqlaşdırılıb. Rusiyaya qaçan sabiq prezident bir neçə dəfə televiziya vasitəsi ilə açıqlama verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR