Misir yığması 1990-cu ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanıb

Misir yığması 1990-cu ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanıb
# 08 oktyabr 2017 21:44 (UTC +04:00)

Futbol üzrə Misir yığma komandası DÇ-2018-in seçmə mərhələsinin matçında Konqo millisini 2:1 hesabı ilə məğlub edib.

APA-nın xəbərinə görə, “Liverpul” klubunun hücumçusu Məhəmməd Salah matçda dubla imza atıb (63 və 90 dəqiqələr).

Beləliklə, Dünya Çempionatı-2018-in seçmə mərhələsinin Afrika zonasında, “E” qrupunda 12 xalla ilk yeri təmin edən Misir yığması 1990-cu ildən sonra ilk dəfə mundiala vəsiqə qazanıb

Bundan əvvəl Misir dünya çempionatlarının final mərhələsində iki dəfə iştirak edib, 1934-cü və 1990-cı ildə.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR