Şəki və İsmayıllı rayonlarında yanğın olub

Şəki və İsmayıllı rayonlarında yanğın olub
# 18 noyabr 2016 06:12 (UTC +04:00)

Bu gün Şəki rayonunda vətəndaşa məxsus ümumi sahəsi 72 m² olan birmərtəbəli, 3 otaqlı evin dəhlizinin tavanı 5 m² sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İsmayıllı rayonu, İsmayıllı kəndində isə vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 420 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə və damına yığılmış 10 ton ot bağlamasının 3 tonu yanıb. Köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR