Tovuzun Qaralar kəndinin ermənilər tərəfindən atəşə tutulması nəticəsində evlərə ziyan dəyib

Tovuzun Qaralar kəndinin ermənilər tərəfindən atəşə tutulması nəticəsində evlərə ziyan dəyib
# 31 iyul 2017 09:51 (UTC +04:00)

Ermənistanın Berd rayonu ilə həmsərhəd olan Tovuzun Qaralar kəndi Ermənistan ordusu tərəfindən atəşə tutulub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, düşmən iyulun 29-30-da bu istiqamətdə fəallaşıb.


Ermənilər əsasən təsərrüfatla məşğul olan dinc əhalini hədəfə alıb. İriçaplı silahlardan açılan atəş nəticəsində evlərin dam örtüklərinə, divarlarına ciddi ziyan dəyib. Kənd sakinləri bildiriblər ki, əkin vaxtı ermənilər sürəkli olaraq bu cür təxribatlar törədir və iş görməyə imkan vermir.

Qeyd edək ki, Qaralar kəndində 43 evdə 242 nəfər əhali yaşayır. Kəndin erməni postları ilə üzbəüz olan yuxarı hissəsi tez-tez atəşə məruz qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR