Dövlət rüsumunun hesablanma və ödənilmə qaydası dəyişib

Dövlət rüsumunun hesablanma və ödənilmə qaydası dəyişib
# 14 oktyabr 2016 11:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda dövlət rüsumunun hesablanması və ödənilməsi qaydası dəyişib. "APA-Economics" xəbər verir ki, bu, bu gün Milli Məclisin plenar iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Z. Səmədzadə bildirib ki, qanuna əlavə edilən 4.1-1 maddədə qeyd edilir ki, bu qanunda nəzərdə tutulan xidmətlərin və hüquqi hərəkətlərin bir neçə dövlət orqanı tərəfindən vahid məkanda, innovasiyaların tətbiqi və yüksək standartlar əsasında həyata keçirilməsini təşkil edən müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlarda xidmətlərə görə ödənilən dövlət rüsumlarının 50%-i müvafiq icra hakimiyyəti orqanının işçilərinin və həmin qurumlarda fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR