Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi barədə məsələlər müzakirə olunub

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi barədə məsələlər müzakirə olunub
# 24 noyabr 2016 11:56 (UTC +04:00)

Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral arasında görüş keçirilib.

Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin mövcud icra vəziyyəti, reabilitasiya, rekonstruksiya və tikintisində görülən işlər, eləcə də bu dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib.

C. Qurbanov nəzərə çatdırıb ki, hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb, artıq dizel ilə işləyən lokomotivlər butun yol boyunca maneəsiz hərəkət edə bilirlər. Türkiyənin Azərbaycandakı səfiri E. Özoral bildirib ki, bağlantının Türkiyə hissəsində tikinti işlər sürətləndirilib. Bir çox tamamlama işləri, eyni zamanda elektrik təchizatı, işarəvermə və rabitə işləri tez bir zamanda başa çatdırılacaq.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacib olduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR