Gəncənin ən yaşlı və gənc seçicisi səs verib

Gəncənin ən yaşlı və gənc seçicisi səs verib
# 11 aprel 2018 15:07 (UTC +04:00)

Gəncənin ən yaşlı seçicilərindən biri bu gün səs verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərdə olan seçicilərdən bir nəfər 102, iki nəfərin isə 100 yaşındadır. Onlardan iki nəfəri səhhəti ilə əlaqədar şəhərdə olmasa da, 100 yaşlı Allahverdiyeva Məsmə Əbdüləmin qızı bu gün prezident seçkisində səs verib.

Qeydiyyatda olduğu 39 saylı Kəpəz Birinci Secki Dairəsinin 22 saylı məntəqəsindən Məsmə Allahverdiyevanın evinə daşınan qutu aparılıb.

1918-ci ildə Bakıda anadan ola Məsmə Allahverdiyev Göycə mahalına gəlin köçüb. 6 övlad anası 1988-ci ildən Gəncədə yaşayır.

Fərid Zaur oğlu Həsənov isə ilk dəfə bu gün səs verib. Universitetin II kurs tələbəsi olan Fəridin bu gün 18 yaşı tamam olur. O, qeydiyyata alındığı məntəqəyə gələrək prezident seçkisində səs verib. Məntəqə sədri MSK sədri Məzahir Pənahovun təbrikini Fəridə çatdıraraq, ona hədiyyə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR