İsrail hökuməti ölkədə baş verən yanğının söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığını elan edib

İsrail hökuməti ölkədə baş verən yanğının söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığını elan edib
# 29 noyabr 2016 07:32 (UTC +04:00)

İsrail hökuməti ölkədə baş verən yanğının söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığını elan edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə polisin yaydığı rəsmi məlumatda deyilir. Bildirilir ki əməliyyatda 10 ölkədən olan 19 təyyarə iştirak edib. Həmçinin bu gündən etibarən yanğının söndürülməsinə cəlb olunmuş bütün yerli yanğınsöndürmə bölmələri normal iş rejimində işlərini davam etdirirlər

Qeyd edək ki, yanğının qarşısının alınması üçün İsrail Azərbaycan, Yunanıstan, Rusiya, Türkiyə, İtaliya, Xorvatiya, Kipr və İspaniyaya kömək üçün müraciət edib.

Xatırladaq ki, İsraildə hökumətinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” amfibiya tipli təyyarəsi də İsraildə baş verən yanğının söndürülməsində iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR