Gəncədə qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Gəncədə qəzada xəsarət alanların kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 15 noyabr 2017 17:32 (UTC +04:00)

Gəncədə avtomobilin aşması nəticəsində xəsarət alanların kimlikləri məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, xəsarət alanlar 1998-ci il təvəllüdlü Abbasov Cavanşır Naqif oğlu və 1999-cu il təvəllüdlü Həsənov Həsən Rizvan oğludur.

Qeyd edək ki, Gəncədə “Niva” markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb və aşıb.

Faktla bağlı araşdırma aparılır.

***

19:25

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospekti ilə Fətulla Həsənov küçələrinin kəsişməsində “Niva” markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb və aşıb.

Nəticədə avtomobil alışaraq yanmağa başlayıb. Yanğın söndürülüb.

Qəza zamanı iki nəfərin xəsarət aldığı bildirilir. Onlar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR