İndoneziyada 5,1 maqnitudalı zəlzələ olub

İndoneziyada 5,1 maqnitudalı zəlzələ olub
# 03 mart 2019 19:42 (UTC +04:00)

Bu gün İndoneziyanın Sulavesi adasında 5,1 maqnitudalı zəlzələ olub.

ONA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Mərkəzi Sulavesi əyalətinin Siqi rayonundan 23 km cənub-şərqdə, 10 km dərinlikdə yerləşib.

İlkin məlumata görə, dağıntı və tələfat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR