"PAŞA Həyat Sığorta"nın investisiya portfelinin yarısı dollardadır

"PAŞA Həyat Sığorta"nın investisiya portfelinin yarısı dollardadır
# 28 oktyabr 2016 09:59 (UTC +04:00)

Cari ilin yanvar-sentyabr ayları ərzində "PAŞA Həyat Sığorta" ASC-nin investisiya portfeli 129 mln. manat təşkil edib. "APA-Economics" xəbər verir ki, bunu şirkətin İdarə Heyəti sədrinin birinci müavini Niyaz İsmayılov deyib.


Onun sözlərinə görə, portfelin təxminən 50%-i dollarda, 50%-i isə manatdadır. "Cari ilin 9 ayı üzrə investisiya gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 36% artaraq 8,7 milyon manat olub. Halbuki bu rəqəm ötən il 6,4 mln. manat təşkil edib", - deyə N. İsmayılov qeyd edib.


Sədr müavini əlavə edib ki, hesabat dövründə şirkətin topladığı sığorta haqlarının həcmi 62 mln. manat təşkil edib: "Ötən il bu rəqəm 42,5 milyon manat olub, bu isə 45%-lik artım deməkdir".

Cari ilin 9 ayında şirkətin sığorta ödənişləri isə 25,6 mln. manat olub. Ötən il isə bu rəqəm 7,5 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR