Paskal Valentini: "San-Marino Cənub Qaz Dəhlizinin işə düşməsində maraqlıdır"

Paskal Valentini: "San-Marino Cənub Qaz Dəhlizinin işə düşməsində maraqlıdır"
# 08 sentyabr 2015 15:52 (UTC +04:00)

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev Azərbaycan iqtisadiyyatında rəhbərlik etdiyi şirkətin rolu, ölkəmizdə həyata keçirilən neft-qaz layihələri, xüsusilə Xəzər dənizində hasil edilən təbii qaz həcmlərinin Avropaya ixracı məqsədilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi barədə ətraflı məlumat verib, bu layihələrin Avropa ölkələri üçün əhəmiyyətindən danışıb.

P. Valentini isə San-Marinonun hazırda nefti və qazı İtaliya şirkətlərindən aldığını diqqətə çatdırıb və Cənub Qaz Dəhlizinin işə düşməsində maraqlı olduqlarını bildirib. Enerji məsələlərinin qlobal əhəmiyyət daşıdığını qeyd edən nazir Avropa ölkələrinin bu layihə vasitəsilə alternativ qaz mənbələri əldə edəcəyini və Cənub Qaz Dəhlizinin enerji mənbələrinin diversifikasiyasında mühüm rol oynayacağını vurğulayıb.

Görüşdə Azərbaycan və San-Marino arasında bütün sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlığın inkişafı ilə bağlı digər məsələlər də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR