Azərbaycanda donorların sayı, tədarük edilmiş qan və onun komponentlərinin miqdarı artıb

Azərbaycanda donorların sayı, tədarük edilmiş qan və onun komponentlərinin miqdarı artıb
# 07 fevral 2018 08:33 (UTC +04:00)

Azərbaycanda donorların sayı, tədarük edilmiş qan və onun komponentlərinin miqdarı artıb.



APA-nın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin B. Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.


Direktorun sözlərinə görə, 2017-ci ildə Mərkəzi Qan Bankı üzrə donor sayı - 44 957 nəfər, respublika üzrə isə donor sayı 85 253 nəfər, tədarük edilən qanın miqdarı 40670,5 litr olub.


Z. Əlimirzəyeva qeyd edib ki, talassemiya ilə mübarizəyə dair dövlət proqramlarının həyata keçirilməsi nəticəsində talassemiyalı uşaqların doğulması, bu xəstəlikdən əlillik və ölüm halları azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR