Rusiyada "Tu-154"ün mühərrikinə yad predmetlərin düşməsi versiyası önə çıxıb

Rusiyada "Tu-154"ün mühərrikinə yad predmetlərin düşməsi versiyası önə çıxıb
# 27 dekabr 2016 07:35 (UTC +04:00)

Qara dəniz üzərində Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsinin qəzaya uğramasının əsas səbəblərindən biri kimi mühərrikə yad predmetlərin düşməsi versiyası nəzərdən keçirilir.

APA-nın xəbərinə görə, bu barədə TASS agentliyi istintaqı aparan xidmətlərə istinadən məlumat yayıb.

Bununla birlikdə ekipajın səhvi və texniki nasazlıq versiyaları da nəzərdən keçirilir.

Artıq təyyarənin qara qutularından biri tapılıb, digər iki qara qutunun axtarışı davam etdirilir.

Xatırladaq ki, dekabrın 25-də Soçi şəhərindən Suriyadakı Hmeymim aviabazasına uçan “Tu-154” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra radarlardan itib. Təyyarənin qalıqları Soçidən 1,5 km aralıda, dənizdə tapılıb. Qəza nəticəsində təyyarədə olan 92 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR