OPEC: Bu il dünyada neftə olan tələbat gündəlik 1,6 mln. barel artacaq

OPEC: Bu il dünyada neftə olan tələbat gündəlik 1,6 mln. barel artacaq
# 12 fevral 2018 13:19 (UTC +04:00)

2018-ci ildə dünyada neftə olan tələbat gündəlik olaraq 1,6 mln. barel artacaq.

APA-Economics”in “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo Qahirədə keçirilən konfrans zamanı çıxışında bildirib.

Onun sözlərinə görə, bazar balansın bərpası istiqamətində irəliləyir: “2014-cü ilin payızından bu günə qədər neft bazarında tarazlıq olmayıb”.

M. Barkindo bildirib ki, bazarın yenidən balanslaşmasını neft hasilatının məhdudlaşdırılması ilə bağlı imzalanan OPEC + sazişinə dair "görünməmiş uyğunluq səviyyələri" təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR