Yunanıstan çevrilişə cəhddə iştirak edən 3 hərbçini Türkiyəyə verməkdən imtina edib

Yunanıstan çevrilişə cəhddə iştirak edən 3 hərbçini Türkiyəyə verməkdən imtina edib
# 05 dekabr 2016 15:47 (UTC +04:00)

15 iyulda Türkiyədə hərbi çevrilişə cəhddən sonra Yunanıstana qaçan hərbçilərdən 3-ü barəsində qərar qəbul edilib. APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, Yunanıstan hərbçilərin Türkiyəyə ekstradisiya edilməsi tələbini rədd edib.

Digər 5 hərbçi barəsində qərar sabah elan olunacaq. Türkiyənin müdafiə naziri Fikri İşık məsələyə münasibət bildirib. O qeyd edib ki, Yunanıstan bu məsələdə müttəfiq mövqeyindən çıxış etməyib.

Qeyd edək ki, Türkiyə hərbi çevriliş cəhddən sonra Yunanıstana qaçan hərbçilərin ekstradisiyası üçün rəsmi Afinaya sorğu göndərib. Türkiyəyə təhvil verilməsi istənilən 8 hərbçi ölkənin Konstitusiya quruluşunu zorla dəyişməyə çalışmaq, Türkiyə prezidentinə qarşı sui-qəsd cəhdi, qanunverici orqana və hökumətə qarşı cinayət və digər maddələrlə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR