Azərbaycan Avtomobil Yolları: Çökmə baş verən yol Bakı Metropoliteni tərəfindən alternativ yol olaraq salınıb

Azərbaycan Avtomobil Yolları: Çökmə baş verən yol Bakı Metropoliteni tərəfindən alternativ yol olaraq salınıb
# 15 iyul 2018 11:09 (UTC +04:00)

Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində çökmə baş verən yol 7-8 il öncə Bakı Metropoliteni tərəfindən metro tikintisi səbəbindən alternativ yol olaraq salınıb.

APA-nın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

A. Nəcəfli qeyd edib ki, çökmənin səbəbi hazırda əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cəlb edilmiş ağır texnikalar qazıntı işləri apardıqdan sonra bəlli olacaq: "Çökmənin səbəbləri aradan qaldırılandan sonra yolun bərpasına başlanılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR